Sosial 

Azərbaycanda bu ayda BAHALAŞMA GÖZLƏNİLİR – AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya iqtisadiyyatının pandemiyanın vurduğu zərərlə əlaqədar nə zaman dirçələcəyi vaxt açıqlanıb.

Bildirilir ki, dünya iqtisadiyyatı COVID-19 pandemiyası üzündən ortaya çıxan böhranı 5 il ərzində dəf edəcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart bildirib.

“Karantinlə bağlı məhdudiyyətlərin ləğv olunmasından dərhal sonra sürətli qayıdış mümkündür, amma tam şəkildə düzəlmək üçün 5 il vaxt lazım gələcək”, – ekspert Madriddə keçirilən bir konfransa məsafədən qoşularaq qeyd edib.

Onun fikrincə, böhrandan sonra son 20 ildə ilk dəfə olaraq dünyada yoxsulluq səviyyəsi artacaq.

Azərbaycanın xaricdən qida məhsullarının idxalını və dünyadakı böhranlı iqtisadi vəziyyəti nəzərə alsaq, ölkəmizdə hansı qida məhsullarının bahalaşması mümkündür? Ümumiyyətlə pandemiyada bahalaşma prosesi nə vaxta təsadüf edəcək?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a iqtisadçı- ekspert Akif Nəsirli danışıb:

“Dünya iqtisadiyyatın bütün sahələrində hazırda çöküş var.

Hazırda ölkə daxilində iqtisadi vəziyyət gərgin xarakterlidir. Ticarət dövriyyəsinin həcminə diqqət edəndə ən azı 30-40 faiz aşağı düşdüyünü görə bilərik.

Pandemiya Avropanın saat kimi işləyən iqtisadi mexnimzlərinə belə çox pis təsir edib. Nəticədə dünyada bu sahədə bahalaşma gedib. Ərzaq məhsulları son aylarda daha çox bahalaşıb, bəzi ölkələrdə 3-5 faiz qiymətlər bahalaşıb. Bu ölkələrin idxal və ixrac prosesinə də çox ciddi təsir edir.

Azərbaycanda kənd təsərrüfatı mövsümü başa çatandan sonra çox ciddi bahalaşma dalğası gözlənilir. Bu təxminən noyabr, dekabr aylarına düşür. Sözügedən aylarda kənd təsərrüfatı mövsümü bitəcək və əhalinin digər ərzaqlara təlabatı artacaqdır.

Məsələn, ət, heyvandarlıq məhsullarına təlabat artacaq. Yağ, süd, kəsmiyin və s. qiymətlərində bahalaşma olacaq. Əhalinin qida rasiyonundan tərəvəz qidaları çıxandan sonra düyü, makaron, ətə və s. təlabat artacaq. Rasiyon dəyişəndə təlabat artacaq və həmin təlabatı ödəmək üçün təkliflər sabit qalacaqdır.

Çünki hazırda dünyada ərzaq istehsalında pandemiya ilə bağlı olaraq problem yaşanır.

Ölkənin daxili təlabatının yarıdan çoxu isə idxal hesabına ödənir”.

Daha çox xəbərlər