Hadisə 

Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Əbdülrəhmanov Nemət Taleh oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona başın sol gicgah nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol pəncənin əziyi diaqnozları qoyulub.“Report”

Daha çox xəbərlər