Bakıda 57 yaşlı qadını avtomobil vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Koroğlu Rəhimov küçəsində yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Musayeva Tamella Gümüş qızını maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma – sağ qasıq, oturaq sümüklərinin yerdəyişən sınığı, qarnın küt travması, qapalı kəllə-beyin travması diaqnozları qoyulub.“Report”

