Hadisə 

Siyəzəndə iki avtomobil toqquşdu: Yaralı Bakıya göndərildi

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Fariz Ağamusa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.Report

Daha çox xəbərlər