Quba, Siyəzən və Şabranda güclü yanğın başlayıb
Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Qonaqkənd İnzibati Ərazi Vahidliyindən verilən məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.
Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

