Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb
Gəncə şəhərində yeniyetmənin vurulması ilə bağlı xəbərin təfərrüatları ortaya çıxıb.
ARANTV.AZ report-a istinadən bildirir ki, məlum olub ki, hamin hadisə zamanı vurulan Allahverdiyev Amin Ceyhun oğlunu tək yox, 2003-cü il təvəllüdlü qadaşı Allahverdiyev İslam Ceyhun oğlu ilə bir yerdə olub.
Onları maşın vurduqdan sonra hər 2 piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada müayinə zamanı qardaşlardan biri, İ.Allahverdiyevin öldüyü bilinib. Digər yaralı, A.Allahverdiyev isə ağır halda öncə Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına, daha sonra isə özəl xəstəxanaların birinə aparılıb.
Hadisəni törədən sürücünün saxlanıldığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

