Hadisə 

Tovuzda yaşlı kişini ilan sancıb

Tovuz rayonunda ilansancma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, rayonun 1954-cü il təvəllüdlü Düz Cırdaxan kənd sakini Sadəddin Əsgərovu evinin önündə ilan sancıb.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən S.Əsgərova həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

report

Daha çox xəbərlər