Salyanda qəza törədən sürücü hadisə yerindən qaçdı
Salyanda yol qəzası baş verib.
ARANTV.AZ report-a istinadən, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hələlik məlum olmayan avtomobil “VAZ 2107” markalı avtomobilə arxadan çırpılaraq, hadisə yerindən qaçıb.
Qəza nəticəsində xəsarət alan olmasada, avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

