Bu ölkədə qəbilə savaşları başladı: 17 ölü
Qərbi Afrikada yerləşən Mali Respublikasının mərkəzində Dozos ovçu qrupu ilə Fulani qəbiləsinin üzvləri arasında atışma baş verib.
ARANTV.AZ xəbər verir ki, Mopti sərhədində baş verən atışma zamanı Fulani qəbiləsinin 17 üzvü öldürülüb.
Qeyd edək ki, ölkədə bazar günü keçirilməsi gözlənilən prezident seçkiləri qabağı xalq arasında yüksək gərginlik var. Müxalif liderlərdən olan Soumaila Sisse də Malinin şimalında yerləşən Tambuktu şəhərində keçirilən seçki kampaniyası zamanı hücuma məruz qalmışdı. Hücum zamanı müxalif liderin komandasının maşını, telefon və digər şəxsi əşyalara ziyan vurulduğu, bəzilərinin isə oğurlandığı iddia edilmişdi.axar.az

