Qorxulu diaqnoz bir son deyil…
Bu məqalədə onlara qoyulan qorxulu diaqnoza baxmayaraq öz bacarıqları ilə dünyaya tanınan qeyri-adi uşaqlar haqqında maraqlı məlumatları sizə təqdim edirik.
Meqan Mak Kormik
Daun sindromu bir xəstəlik deyil. Onun nə müalicəsi var, nə də dərmanı. Daun sindromundan əziyyət çəkən insanlar sadəcə daha çox diqqət və qayğı istəyirlər. Balaca qızcığaz Meqan Mak Kormikdə məhs bu sindromdan əziyyət çəkir və buna baxmayaraq heç bir zaman həyata olan sevgisini itirmir. Qeyd edək ki, Meqan ABŞ-da Texniki Universiteti fəxri dərəcəylə bitirən ilk məzundur. Meqanın xəyalı kiçik uşaqlara dərs deyərək, onlara nümunə olmaqdır. Anası qızının bu uğurunun sirrini onun istəklərinə, bacarıqlarına qadağa qoymamaqda, dəstək olmaqda görür.
Sofiya Sançes
Sofiya Sançes anadan gəlmə daun sindromundan əziyyət çəkir. Ukrainada anadan gələn bu qızcığaz valideynləri tərəfindən tərk edilmişdi və Dneprdəki uşaq evinə təyin olmuşdu. Lakin bir müddət sonra ABŞ-da yaşayan bir cütlük tərəfindən övladlığa götürülür. Erkən yaşlardan qeyri-adi istedada malik olan Sofiya ABŞ mediasının diqqətini cəlb edir. Qızın maraqlı rəqsləri hər kəs tərəfindən böyük bir marağa səbəb olur. O, reklam çəkilişlərinə dəvət almağa başlayır . Beynəlxalq daun sindromlu insanlar üçün təşkil olunmuş bir gecədə iştirak edən Sofiya, sonradan, bütün dünyaya tanınır.
Daniil Plujnikov
Daniil Plujnikov çox nadir və müalicəsi olmayan bir xəstəlikdən əziyyət çəkən bir uşaqdır. Onun 10 ayı olanda həkimlər tərəfindən körpəyə qorxulu bir diaqnoz qoyulur, Daniil splondiloepifiz displaziyasından əziyyət çəkir. Oynaqlarının əksəriyyəti bitişmiş olan bu oğlanın 13 yaşında boyu yalnız 110 santimetr idi. Lakin carəsi tapılmayan bir xəstəliyinə baxmayaraq o, ümidini heç biz zaman itirmir və sevdiyi işlə məşğul olur. 2016-ci ildə Rusiyada keçirilən “Səs. Uşaqlar” şousunda iştirak edən Daniil Plujnikov oranın qalibi olur. Gözəl səsi ilə bütün qəlblərə yol tapan bu qeyri-adi uşaq digər uşaqlarla eyni səviyyədə çıxış edərək finalda qalib olur.
Ayris Holmşou
Balaca Ayris Holmşou anadangəlmə autizm xəstəliyindən əziyyət çəkir. Lakin körpə yaşlarından ona qoyulan bu qorxunc diaqnozun onun fəal həyatına heç təsir etmir. İstedadlı qızcığaz körpə yaşlarından çox gözəl rəsmlər çəkir. Ayrisin çəkdiyi rəsmlər o gədər gözəldir ki, hətta əməkdar rəssamlar belə onun istifadə etdiyi texnikanı və seçdiyi rənglərin həmahəng olduqlarını vurğulayırlar. Qızın anası onun şəkillərini hər kəsə nümaiş etdirərək, autizmin bir xəstəlik deyil bir xüsusiyyət olduğunu bütün dünyaya sübut etdi. İrisin çəkdiyi rəsmlər hal-hazırda dünyanın ən məşhur sərgilərində yer almaqdadı . Qeyd edək ki, tanınmış aktrisa Angelina Coli Ayrisin bir neçə əl işlərini əldə edərək, qızcığazın nadir bir istedada malik olduğunu vurğulayıb.
Odri Neteri
Amerikanın Kentukki ştatında anadan olan 7 yaşlı Odri Neteri nadir bir sümük xəstəliyi olan Daymond- Blakfan anemiyasidan əziyyət çəkir. Lakin buna baxmayaraq rəqs etməyi çox sevir. Artıq 6 yaşından böyük səhnəyə çıxan Odri heç nəyə baxmayaraq xəstəliyinə meydan oxuyur. Onun rəngarəng rəqsləri hər kəs tərəfindən sevilir və 2 milyondan çox baxış sayı topladı. Odrinin atası qızının hobbisini çox dəstəkləyir və “Facebook”-da Odrinin xəstəliyindən əziyyət çəkən insanlar üçün yeni bir qrup yaradıb və onlar bir çox xəstəyə dəstək olurlar.
Finli Smolvud
Keçən il Kaliforniyada anadan olan 4 yaşlı Finli Smolvud ” İnstaqram”ın ulduzuna çevrildi. Hamıdan seçilən balaca qız serebral iflicdən əziyyət çəkir. Onu övladlığa götürən Kristina Smolvud və həyat yoldaşı uşaqlıqdan şəkillərini çəkərək sosial şəbəkələrdə yayırdırlar, beləliklə, heyratamiz təbəssümü ilə insanların qəlblərini fəth edən Finli bütün dünyaya tanınır. Hal-hazırda onun bir neçə milyon izləyicisi var.
Valentino Querrero
Daun sindromundan əziyyət çəkən Valentino 2012-ci ildə dünyanın ən gənc və ən məşhur modellərindən biri oldu. Onun gülümsəməsi 2 gün ərzində bütün dünyada məşhur oldu və o, tez bir zamanda «People» jurnalının siması olmağı bacardı.
Samirə Tağıyeva,
“İki sahil”

