Azərbaycanda AĞLAGƏLMƏZ QƏZA: düşdüyü avtomobilin altında qaldı və…
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, dünən saat 19:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində (Büllur zavodun qarşısı) Bəxtiyar Ağayevin sürdüyü “Azsamand” ilə Arif Məmmədovun sürdüyü “Mercedes” toqquşub. Belə ki, B.Ağayev axşam saatlarında Zağulba prospekti ilə üzü Bilgəhə doğru hərəkətdə olarkən avtomobili yolun kənarında A.Məmmədovun saxladığı “Mercedes”ə çırpıb. Bu zaman A.Məmmədovun maşınından düşərək bir neçə addım irəli getmiş qadın sərnişin zərbənin gücündən qabağa atılan “Mercedes”in altında qalıb. O, hadisə yerindəcə keçinib.
İlkin araşdırma zamanı məlum olub ki, qəzada ölən qadın Haşımova Elmira Böyükağa qızıdır.
Faktla bağlı cinayət işi açılıb. B.Ağayev bildirib ki, havanın yeni qaraldığı vaxtda yolun hərəkət hissəsində dayanmış “Mercedes”i gec görüb və qəza bu səbəbdən baş verib.
Araşdırmalar davam etdirilir.
publika.az

