Bakıda mənzildən meyit tapıldı
Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Minliko İbova Yakobovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

