Sosial 

Bakıda bəzi “MilliÖN” terminalları işləmir? – AÇIQLAMA

Paytaxtın Nərimanov rayonunda yerləşən “MilliÖN” terminalları işləmir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, rayonun Ağa Neymətulla və F.X.Xoyski küçələrində quraşdırılan “MilliÖN” aparatları kağız pulları qəbul etmir:

“Bununla bağlı şirkətin qaynar xəttinə müraciət etdik. Sorğumuz qeydə alınıb və əraziyə şirkətin iki əməkdaşı təhkim olunub. Lakin əməkdaşların müdaxiləsinə baxmayaraq aparatlar hələ də çalışmır. Aparatların işlək olub-olmamasına nə üçün nəzarət edilmir?”

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, sistemdə sözügedən ünvandakı aparatların fəaliyyətində heç bir problem görülmür:

“Sözügedən ünvanda quraşdırılan “MilliÖN” aparatlarında heç bir problem yoxdur. Bu gün aparatlarda ictimai nəqliyyatdan istifadə üçün edilən ödənişlər sistemə oturmur. Bunun səbəbi həftəsonu ictimai nəqliyyatın çalışmamasıdır”.

Daha çox xəbərlər