Bərdədə xəstəlik mənbəyi olan gözəllik salonları
ARANTV.AZ xəbər verir ki,Bərdədə yerləşən, heç bir standarta cavab verməyən salonlarda təhlükəsizlik qaydalarına riayət olunmadığını görüb, bunun səbəbini soruşmaq üçün bəzi gözəllik salonlarında olduq oldugumuz salonlarda kassa aparatına işci əmək müqaviləsinə rast gəlmədik.Hətta salonlarda sanitar qaydalara riayət olunmur. Onu da bildirək ki, Məsələn, alətlər pis sterilizə edilir, onlardan düzgün istifadə olunmur, təmizliyə riayət edilmir, işçilər tibbi yoxlamadan keçmir kassa aparatı və işçi əmək müqaviləsi yoxdur və sayra. Belə hallar gözəllik salonlarına gələn müştərilər üçün təhlükə mənbəyidir, onlardan kimsə bu obyektlərdə hansısa xəstəliyə yoluxa bilər. Əvvəllər belə hadisələrin dəfələrlə baş verdiyini unutmayaq. Baş çəkdiyimiz salonlarda bir dəsmalla bütün müştərilərin başının qurulandığını, heç bir dezinfeksiya olmadan daraq və qayçı ilə onlarla qadının saçının kəsildiyinin də şahidi olduq. Həmçinin köhnə avadanlıqlar, aylarla yuyulmayan salfetlər, heç bir sterilizə edilməyən qayçı və daraqlar, döşəmədə saç kəsiklərinin olması salon işçilərini narahat etmir. Avropa ölkələrində müştəriyə birdəfəlik salfet və dəsmallarla xidmət göstərilir. Bizdə isə dəsmalları su ilə yaxalamaq ən yüksək xidmət hesab olunur. Bir sözlə, bu salonlarda gigiyenik qaydalara riayət olunmaması, istifadə olunan alətlərin sterilizə və dezinfeksiya edilməməsi sözügedən obyektləri real təhlükə mənbəyinə çevirib. Problemlərdən sığortalanmaq üçün müştərilər özləri də diqqətli olmalı, salon əməkdaşlarından sağlamlıq kağızı və alətləri sterilizə etməyi tələb etməlidir. Qeyri-peşəkarların çalışdığı salonların xidmətlərindən istifadə etmək məsləhət görülmür. Tatu, pirsinq, qulaq deşilməsi, manikür, pedikür və s. kimi selikli qişanın və dəri örtüyünün zədələnməsi ilə bağlı digər manipulyasiyalar mütləq şəkildə bu alətlərlə həyata keçirilməlidir. Buna görə də kosmetik prosedurların tam steril alətlərlə həyata keçirilməsinə əmin olmadıqda xidmətlərdən istifadə etmək olmaz”. Bu xəstəliklər qanla yoluxduğu üçün xəstə adamın qanı dəyən hər hansı alət xəstəlik mənbəyinə çevrilir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq. Qaş tatuajı, qalıcı makiyaj kimi proseduralar zamanı da insan xəstəliyə yoluxa bilər. Həmçinin süni kirpik qaynağı etdirərkən belə diqqətli olmaq lazımdır. Adi təmizlik qaydalarına riayət etmədikdə gözdə şişkinlik olur və ya gözə mikrob düşür. Çünki göz çox həssas orqandır. Gözəllik salonlarında alətlərin sterilizasiyası olduqca vacib amil olsa da, bəzən bu qaydalara əməl edilmir. Belə olan halda müxtəlif xəstəliklərin yaranması da qaçılmaz hala çevrilir. Bizdən yazıb təhlükənin miqyasını göstərmək idi, əziz xanımlar. Sizə çirkin üzü olmayan gözəllik arzulayırıq. Ancaq unutmayın ki, ən yaxşı gözəllik sağlamlıqdır. Bununla baglı yeqinki Azad İstehlakçılar İctimai Birliyi ,Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi Bərdə rayonunda göbələk kimi artan gözəllik salonlari haqqinda bir tədbir görər. ARDI VAR…
XEBER.INFO.AZ

