Dünya 

HƏMAS-ın mənzil-qərargahının məhv edilmə anı – VİDEO

İsrail ordusu noyabrın 12-si günün ikinci yarısında və noyabrın 13-nə keçən gecə aviasiya və artilleriya zərbələri ilə Qəzza zolağından gələn raket atəşlərinə cavab verib.

ARANTV.AZ oxu.az-a istinadən məlumatına görə, hərbçilər öz “Twitter” səhifələrində Qəzza  zolağında HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahının məhv edilməsinə dair videogörüntülər yayımlayıblar.

“Qəzza zolağından terrorçuların bizə yönəltdiyi 300 raket zərbəsinə qarşı HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahına zərbələr endirdik. Məhz həmin qərargahda HƏMAS xüsusi əməliyyat qrupu israillilərə hücum etmək üçün informasiya toplayırdılar. HƏMAS qəsdən öz qərargahını məktəbin yaxınlığında yaradıb”, – deyə videogörüntülərdə qeyd edilir.

Embedded video

Israel Defense Forces

@IDFSpokesperson

We struck Hamas’ military intelligence HQ in response to the 300+ rockets that terrorists in fired at .
This is where Hamas’ intelligence operatives gathered information to launch attacks on Israelis.
Hamas intentionally established their HQ next to a school.

1 894 человек(а) говорят об этом

Xatırladaq ki, bundan öncə İsrail aviasiya qüvvələri “Əl-Əksa” telekanalının binasını və Qəzza zolağının mərkəzində yerləşən “Amal” mehmanxanasını zərbələr endirmişdilər. Onlar bunu həmin binalarda HƏMAS qüvvələrinin yerləşməsi ilə əsaslandırmışdılar.

Həmçinin, İsrail ordusu ölkə şəhərlərinin HƏMAS və “İslam cihadçıları” təşkilatının üzvləri tərəfindən atəşə tutulması barədə videogörüntülər dərc etmişdilər. İsrail tərəfinin verdiyi məlumata görə, fələstinlilərin açdığı atəş nəticəsində 53 israilli həlak olub.

Daha çox xəbərlər