Gündəm 

Dağlıq Qarabağda Gürcüstanın erməni seperatçılarının rəhbəri məhv edilib – FOTO

Azərbaycan ordusu əks-hücum əməliyyatları nəticəsində işğal edilmiş torpaqlarımızda Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyanı məhv edib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Gürcüstanda V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunmuşdu. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili separatçının əfvini kəskin qınamışdı.

Daha çox xəbərlər