Hadisə 

Bərdədə avtomobil 2 piyadanı vurdu, biri öldü

Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, noyabrın 12-də saat 19 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində Gərənə kənd sakini İlqar Qarayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Şamo Yusifovu və Şamo Rüstəmovu vurub. Nəticədə Ş.Rüstəmov hadisə yerində ölüb, Ş.Yusifov xəstəxanaya yerləşdirilib.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

 

 

milli.az

Daha çox xəbərlər