İzləyicilərindən Mətanət İskəndərliyə sərt reaksiya: “Hardan biləsən vətən nədir…”
Xəbər verdiyimiz kimi Əməkdar artist Mətanət İskəndərlinin oktyabrın 24-də
Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert verməsi ictimaiyyətdə qəzəblə qarşılanıb.
ARANTV.AZ xəbər verir ki, yaranmış qalmaqala reaksiya verməyən müğənni ötən gün Qubadlının işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Lakin onun bu paylaşımı da izləyicilərin qınağına səbəb olub. “Sən hardan biləsən vətən nədir, şəhid nədir”, “Sən get İstanbulda oxumağında, oynamağında ol”, “Hansı üzlə geri qayıdacaqsan”,- deyə çoxlu sayda şərhlər yazılıb.
Qeyd edək ki, Əməkdar artist Mətanət İskəndərli hələ də Türkiyədə səfərdə olduğu üçün onunla əlaqə saxlamaq, hadisəyə mövqeyini almaq mümkün deyil.
Onun köməkçisi də moderator.az saytına açıqlamasında müğənninin hələ ki, vətəninə dönmədiyini təsdiqləyib:
“Mətanət xanım indi Türkiyədədir. Özü gələr və konsert məsələsinə aydınlıq gətirər. Mən bu haqda heç nə deyə bilmərəm”.
Xatırladaq ki, çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.
Musavat.com




