Sosial 

6 yaşlı Şakirin əsgərə məktubu hər kəsi KÖVRƏLTDİ – FOTO

Bu gün ön cəbhədə düşmənlə üz-üzə döyüşən əsgərlərimizə dəstək üçün uşaqdan böyüyə hər kəs ürək sözlərini yazaraq məktub yollayır.

ARANTV.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan 6 yaşlı balaca Şakirin əsgərimizə yazdığı məktub izləyiciləri kövrəldib. O, kəndlərinin işğaldan azad etdikləri üçün əsgərlərə təşəkkür edib:

“Salam olsun şanlı ordumuzun igid əsgərləri. Bunu sizə yazan 94 nömrəli məktəbin 1-ci sinif şagirdi Namazov Şakirdir. Mən Füzuli rayonunun Arış kəndindənəm. Sizə bizim kəndimizi işğaldan azad etdiyinizə görə ailəmlə birlikdə təşəkkür edirik. Sizə güvənirik. Qarabağ Azərbaycandır!”

6 yaşlı Şakirin əsgərə məktubu hər kəsi KÖVRƏLTDİ - FOTO

BiG.AZ

Daha çox xəbərlər