Sosial 

Bakıda qanunsuz olaraq rənglənən tarixi binanın bərpasına başlanıldı – FOTO

Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsindəki qanunsuz rənglənən tarixi binanın bərpası üçün təmir-restavrasiya işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarına və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq olunub, ciddi xəbərdarlıqdan sonra ərazi nəzarətə götürülüb.

Paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlmaların keçirilməsi qərara alınıb.

Daha çox xəbərlər