Hadisə 

Bakıda üç yaşlı körpəni maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil 2017-ci il təvəllüdlü Abbasov Nurxan Coşqun oğlunu vurub.

Xəstəxanaya çatdırılan körpəyə sol baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər