“Yeni nəqliyyat dəhlizlərinin açılması bütün regionun inkişafına xidmət edəcək”
Yeni nəqliyyat dəhlizlərinin açılması, o cümlədən Naxçıvanla Azərbaycan arasındakı dəhliz bütün regionun inkişafına xidmət edəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi brifinq zamanı deyib.
O, ümidvar olduğunu bildirib ki, Ermənistan imzalanmış razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirəcək.

