Dünya 

13 qadını qətlə yetirən manyak koronavirusdan öldü

Böyük Britaniyada silsilə qətllər törədən Piter Satkliff koronavirusdan ölüb.

Bununla bağlı Vesti.ru məlumat yayıb.

O, 1970-ci illərdə 13 qadını öldürməkdə və yeddisinə qarşı sui-qəsddə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilmişdi.

Bildirilib ki, iki həftə əvvəl P. Satkliff koronavirus diaqnozu ilə həbsxananın tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, Piterin öldürdüyü və sui-qəsd təşkil etdiyi qadınların hamısı fahişə olub.

Daha çox xəbərlər