Bu ölkədə Yeni il tədbirləri olmayacaq
Latviyada koronavirus səbəbi ilə kütləvi Yeni il tədbirləri olmayacaq.
ARANTV.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ökənin səhiyyə naziri İlze Vinkele bildirib.
Qeyd edək ki, Latviyada noyabrın 9-dan dekabrın 6-dək fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə bütün ictimai tədbirlərin keçirilməsinə, əyləncə və istirahət əlaqədar xidmətlərin göstərilməsinə qadağa qoyulub. Eyni zamanda ictimai iaşə obyektləri və ticarət mərkəzləri fəaliyyətlətini dayandırıb.

