Sosial 

Hərbiçimiz Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyində pianoda ifa etdi – VİDEO

Sosial şəbəkələrdə hərbiçimizin erməni işğalından azad olunmuş Şuşa şəhərində Üzeyir Hacıbəyovun ev-muzeyində pianoda ifa etdiyini əks etdirən görüntülər yayılıb.

ARANTV.AZ Unikal.org-a istinadən xəbər verir ki, hərbçimiz “Qarabağ şikəstəsi”ni pianoda səsləndirməyə çalışıb. Görüntülər sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyi 1959-cu ildə yaradılıb. Muzey 1992-ci ilə kimi, Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərib. Muzeydə Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunub və muzeyə bağışlanmış kitablar ekspozistyada mühüm yer tutub.

 

Daha çox xəbərlər