Cəmiyyət 

Azərbaycanda hamilə qadın uşağından imtina edib: “Ona baxa bilməyəcəyəm…” – FOTO

Azərbaycanda hamilə qadın maddi çətinliyə görə uşağından imtina etmək istəyib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, sığınacağa müraciət edən qadın artıq işlə təmin olunub və övladı ilə birlikdə yaşayır:

“Xanım hamilə vaxtı sığınacağa gəlmişdi. Əslində uşağa baxa bilməyəcəyini düşünərək onu istəmirdi. Gənc ananı fikrindən daşındıra bildik, sığınacaqda qaldı, işə düzəldi. Artıq 450 manat maaş alır və körpəsi də 9 aylıqdır. Hər gün uşağından imtina etmədiyinə görə dua edir”.

big.az

Daha çox xəbərlər