Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı
“Çiçəklənən Ermənistan” müxalifət partiyasının üzvü Naira Zohrabyan millət vəkillərini ölkədəki hərbi vəziyyəti ləğv etməyə və Baş nazir Nikol Paşinyanı istefaya göndərməyə çağırıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Zohrabyan bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında bildirib.
“Bu gün bu konfrans salonunda yalnız bir məsələ müzakirə edilməlidir – hərbi vəziyyətin ləğvi və Nikol Paşinyanın istefası! Başqa bir məsələni müzakirə etmək üçün mənəvi haqqımız yoxdur”, – Zohrabyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan müxalifəti İrəvanda artıq bir neçə gündür ki, etiraz aksiyaları keçirir. Aksiya iştirakçıları Paşinyanın atəşkəslə bağlı razılaşma imzalaması səbəbindən istefasını tələb edirlər.

