Ermənilər indi də Ağdamdakı evləri yandırırlar – Video
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 20 noyabra qədər Ağdamı tərk etməlidir.
ARANTV.AZ xəbər verir ki, “TRT Haber” Ağdamla bağlı süjet yayımlayıb. Bildirilib ki, düşmən bu dəfə Ağdamda boşaltdıqları evləri yandırır.
Erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır.
Qeyd edək ki, bundan əvvəl ermənilər Kəlbəcərdə də evləri boşaldarkən yandırırdılar.

