Sosial 

Azərbaycanda COVİD-19-dan ölüm səviyyəsi kifayət qədər aşağıdır – Baş infeksionist

Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə yoluxma göstəricisi daha aşağıdır:

“Təbii ki, bu, müsbət haldır. Bu, dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir”.Qeyd edək ki, Azərbaycanda indiyədək COVİD-19 virusundan 1030 nəfər ölüb.

Daha çox xəbərlər