Ermənistan hərbçisi qəza törədib: 1 nəfər ölüb, 4-ü yaralanıb
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Quren Z. qəza törədib.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, 21 yaşlı hərbçinin idarə etdiyi “Opel Astra” markalı avtomobil qarşı yola çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Nəticədə sürücü – 23 yaşlı Arsen Karapetyan hadisə yerində ölüb, sərnişinlər – 27 yaşlı David K., 15 yaşlı Robert T., 16 yaşlı Melsik N. yaralanıb.

