ABŞ-da kilsəyə hücum: Ölənlər və yaralananlar var – VİDEO
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində kilsəyə hücum qanla bitib.
“RİA Novosti” Kaliforniya polisinə istinadla məlumat verir ki, hadisə nəticəsində iki nəfər aldığı bıçaq zərbəsindən ölüb.
Bir neçə nəfərin yaralandığı qeyd edilir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Silahlı hücumda şübhəli bilinən şəxs tutulub.
Polis bildirib ki, hadisə zamanı kilsə xidmət göstərməyib. Xəsarət alanlar soyuqdan donmamaq üçün kilsəyə sığınan evsizlər olublar.

