Ürəyi dayanan 9 əsgəri əlləri ilə belə XİLAS ETDİ – VİDEO
Həkim Bəhruz Məmmədov ağciyər döş qəfəsini dəlib keçən qəlpə yarası ilə xəstəxanaya daxil olan yaralı əsgəri dayanmadan 25 dəqiqə qapalı ürək masajı edib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Bəhruz Məmmədov əks- hücum əməliyyatları başlayan ilk gündən könüllü həkim kimi cəbhə bölgəsinə yollanıb. O Tibb Universitetinin Müalicə işi fakultəsini bitirib. Hazırda ehtiyatda olan tibb xidməti kapitanıdır. Qəlpə yarasında ürəyi dayanan 9 əsgəri məhz onun əlləri həyata qaytarıb.
O açıqlamasında bildirib ki, “Döyüş meydanında düşmənə yenilməyən əsgərimiz əməliyyat masasında ölümə asanlıqla meydan verə bilməz”.

