Hadisə 

Şirvan sakini tüstüdən boğularaq öldü

Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 30 a ünvanında ölüm hadisəsi qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə üzərindəki örtük elektrik qızdırıcısının üstünə düşüb. Örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər