Dünya 

Gürcüstanda 3128 yeni yoluxma, 39 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 128 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 111 818 nəfərə, ölənlərin sayı isə 1 051 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər