Gündəm 

Gələn ildən radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparılacaq

ARANTV.AZ xəbər verir ki, gələn ildən radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparılacaq. Bu, prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Proqramın icrası müddətində digər sahələrdə də kompleks tədbirlər nəzərdə tutulub.

Peyk vasitəsilə yerin məsafədən müşahidəsi təbii resursların idarə olunması baxımından geniş imkan yaradır. Son 5 ildə Azərbaycanın “Azərspace 1”, “Azərsky” və “Azərspace 2” peyklərinin orbitə çıxarılması qabaqcıl və innovativ tətbiqetmələri mümkün edib. Bu imkandan faydalanaraq SOCAR gələn ildən radar peyk təsvirlərinin köməyi ilə neft-qaz yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq. Bu, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən proqramın başlıca məqsədi peyk müşahidəsi xidmətlərindən iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilədə neft sektorunda istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir.

Həmçinin, Energetika Nazirliyi və SOCAR peyk təsvirlərindən neft-qaz boru kəmərlərinin CİS-də qeydə alınması və məlumat bazasının yaradılmasında da istifadə edəcək.

Proqramın icrası müddətində neft sektoru ilə yanaşı, kənd təsərrüfatı, ekologiya, şəhərsalma, xəritəçəkmə, fövqəladə hallar və digər sahələrdə də kompleks tədbirlər nəzərdə tutulub. Təbii ehtiyatların, faydalı qazıntıların hasilatı sahəsində dəyişikliklərin, o cümlədən neqativ təbii proseslərin öyrənilməsində də peyk təsvirlərindən istifadə olunacaq.

Daha çox xəbərlər