Vətən uğrunda gözünü itirən ƏSGƏRİMİZ – FOTO
Vətən uğrunda gözünü itirən əsgərimizin görüntüsü yayılıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Vətən uğrunda gözünü itirən əsgərimiz Rəşid Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərib. Daha sonra Cəbrayıl rayonunun mənfur erməni işğalçılarından azad edilməsi üçün əməliyyatlarda iştirak edib. Şiddətli döyüş zamanı ağır yaralanıb, bir gözünü itirib.
23 yaşlı Xaçmaz şəhər sakini Rəşid Raid oğlu Nurəhmədov müalicə aldıqdan sonra evinə qayıdıb. Cəsur əsgər fəxr edir ki, cəbhədəki dostları zəfər yürüşünü davam etdirərək düşmən üzərində böyük qələbə qazanıblar.



