Sosial 

Şuşada kürəyindən vurulan əsgərin hekayəsi ÜRƏK DAĞLADI – FOTO

Sosial şəbəkələrdə şəhidlərlə bağlı məlumatlar, maraqlı həyat hekayələri paylaşılır. Onlardan birini dayısı oğlu şəhid olan Turanə Məmmədli izləyicilərlə bölüşüb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən paylaşımı təqdim edir:

“Bu oğlan dayım oğludur, eyni ildə doğulmuşuq, bağçaya bir getmişik, eyni sinifdə oxumuşuq, eyni partada oturmuşuq, qohum olmaqla yanaşı həm də qonşu idik. Sirdaşım, dostum, canım idi.

Mənhəmişə səhnəciklərdə “Dıq-dıq xanım” idim o isə “Siçan bəy”, amma bu dəfə o xilas üçün mənə quyruq göstərmədi, mən əl uzaltdım, əlim boş qaldı…

Mən uşaqlığımı basdırdım, gözəl xatirələrimi Orxanla gömdüm, bütün oyuncaqlarımı tulladım, yandırdım… Həmişə qoruyurdum onu – bağçada, məktəbdə… İndi qoruya bilmədim.

Şuşa uğrunda mərdi-mərdanə döyüşüb. Müharibənin sonuncu günü, son saatlarında şəhid olub. Kürəyindən vurublar. Atasının ölümündən hələ 1 il keçməyib.

Qardaşımın ruhu qarşısında baş əyirəm, susuram!

O, qanı bahasına aldığı Şuşaya mütləq gedəcəm!

Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şuşada kürəyindən vurulan əsgərin hekayəsi ÜRƏK DAĞLADI - FOTO

Daha çox xəbərlər