Erməni tərəfi 2 660 hərbçisinin öldüyünü açıqladı
Qarabağ müharibəsində həlak olmuş erməni hərbçilərin sayı bu gün 2 660 nəfər təşkil edir.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Arsen Torosyan bildirib.
“Əlbəttə ki, biz yekun rəqəmə əmin deyilik, çünki proses (ölənlərin axtarışı və tanınması) hələ də davam edir”, – “News Armenia” Torosyanın sözlərini sitat gətirir.

