Gündəm 

“Xudayarın ən böyük arzusu Ağdamda yaşamaq idi” – Video

Şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə “Vaxtı gəldi” proqramının qonağı olub.ARANTV.AZ  xəbər verir ki, o, qardaşının arzularından danışıb. M.Yusifzadə bildirib ki, şəhidimizin ən böyük arzusu Ağdamda yaşamaq olub:

“Uşaqlıqdan məcburi köçkün olmuşuq, kirayələrdə yaşamışıq. Atam rəhmətə gedəndən sonra nənəmgillə yaşamışıq. Babamızın Ağdamda evi olub. Xudayar deyirdi ki, Ağdamı gətirəcəm və orada yaşayacağıq. Özü gəlmədi, bizi Ağdama apardı”.

Daha çox xəbərlər