Hadisə 

Hacıqabulda 28 yaşlı kişi intihar etdi

Hacıqabulda 28 yaşlı kişi özünü asaraq intihar edib.

ARANTV.AZ-ın məlumatına görə, Hacıqabul sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu özünü nənəsinin yaşadığı fərdi yaşayış evinin həyətindəki çardaqdan asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

N.Bayramzadənin üç yaşında qızı var.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.APA

Daha çox xəbərlər