“Vətən anadır” deyib DÖYÜŞƏ gedən anasız QARDAŞLAR
Ağstafa rayon Aşağı Kəsəmən kəndində yaşayan Hüseynovlar ailəsindən 3 qardaş ön cəbhədə xidmət edir.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə kənd sakini Samir Əhmədov özünün “Facebook” profilində paylaşım edib.
O, hər iki valideynlərini itirən qardaşların döyüş başlayandan ön cəbhədə olduqlarını yazıb:
“Kəndimizin Vətən müharibəsində döyüşən Hüseynovlar ailəsi. Üç qardaşdırlar, üçü də müharibə başlayandan döyüşürlər. Hazırda da cəbhə bölgəsindədirlər. Şükür, salamatçılıqdır. Amma bu qardaşların nə atası var, nə də anası. Allah dünyadan köçənlərə rəhmət eləsin! “Vətən anadır” deyib döyüşə yollandılar”.

