Gündəm 

TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub

ARANTV.AZ xəbər verir ki, TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir. Boru kəmərlərinin qaynaq olunmasıyla bağlı SOCAR-dan verilən TANAP və TAP-ın 48 düymlük boruları qaynaqlanıb. Bu, yalnız fiziki proses olduğundan, hələ ki boru kəməri ilə qaz nəql edilmir. Ümumilikdə bütün mexaniki işlərin ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanması nəzərdə tutulur. Yalnız bundan sonra boru kəmərinə sınaq məqsədilə təbii qazın vurulmasından söhbət gedə bilər. Qeyd edək ki, TANAP və TAP boru kəmərlərini bir-birinə birləşdirən “qızıl qaynaq” hər iki şirkətin nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində həyata keçirilib. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TAP ilə Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur. TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır və indiyədək 5,7 milyard dollar xərclənib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub.

Daha çox xəbərlər