Kriminal 

Bakıda 36 yaşlı kişi özünü bıçaqladı

Paytaxt sakini intihar məqsədilə özünə xəsarət yetirib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1984-ci il təvəllüdlü Səmədov Elman Əliağa oğlu intihar etmək məqsədilə özünə qarın nayihəsindən bıçaqla bir neçə yerdən xəsarətlər yetirib.

O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq reanimasiyaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.APA

Daha çox xəbərlər