Cəmiyyət 

Avtomobilinizi yanmaqdan belə qoruyun – VİDEO

Avtomobil qəflətən alışır, yanır, külə dönür.

ARANTV.AZ ARB TV-yə istinadən xəbər verir ki, son zamanlar bu kimi hadisələr tez-tez baş verir.

Ekspertlər bildirir ki, daha çox hərəkət zamanı baş verən bu hallar xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrində qeydə alınır. Bəs avtomobillərin alışmasına səbəb nədir? Zovod qüsuru, sürücü məsuliyyətsizliyi, yoxsa usta naşılığı?

Sürücülərin fikrincə, avtomobilə əlavə avadanlıqlar quraşdırılır. Nəticədə, yanğınlar baş verir. Onlar olmazsa, yanğınlar da baş verməz.

Bu sahə üzrə mütəxəssislər isə deyir ki, avtomobillərdə baş verən yanğın hadisələrinə birinci növbədə qeyri-peşəkar ustaların səhlənkarlığı səbəb olur.

 

Daha çox xəbərlər