Hadisə 

Mingəçevirdə traktorun altında qalan sürücü BARMAQLARINI İTİRDİ

Mingəçevir şəhərində sürücü bədbəxt hadisə nəticəsində iki barmağını itirib.

ARANTV.AZ xəbər verir ki, 1965-ci il təvəllüdlü şəhər sakini Salahov Kamran Mayıl oğlu domkratdan istifadə yolu ilə traktorunu təmir etmək istəyib.

Lakin domkrat traktorun altından yayınıb və sürücünün əli nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun iki barmağını yarıdan itirdiyi bildirilir.

publika.az

Daha çox xəbərlər