Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
ARANTV.AZ xəbər verir ki, dünən Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda əvvəlcə komissiyanın 2018-ci ilin 30 mart və 15 aprel tarixlərində keçirilən iclaslarının protokolları təsdiqlənib. Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsinə dair məsələyə baxılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov diqqətə çatdırıb ki, sözügedən dəyişikliklər texniki xarakter daşıyır. İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub. Müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

