Siyasət 

“Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik” – Sergey Lavrov

Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib.

O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var:

“ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv ölkələr tərəfindən daha çox dəstək göstərilməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk”.

Daha çox xəbərlər