Dünya 

32 milyondan çox insan ifrat yoxsulluq həddinə çatacaq

Koronavirus pandemiyası az inkişaf etmiş ölkələrin iqtisadiyyatına cox ciddi ziyan vurub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.

Qeyd olunur ki, pandemiya nəticəsində bu ölkələrdəki 32 milyondan çox şəxs ifrat yoxsulluq həddinə çata bilər.

Hesabata əsasən, pandemiya günə 2 dollardan az məbləğə yaşayan insanların ümumi sayının 32,5 faizdən 35,5 faizədək artmasına səbəb olacaq.

Ən çox iqtisadi fəsadlara Afrika ölkələri və kiçik ada ölkələri məruz qalacaq.

Daha çox xəbərlər