Sosial 

Dövlət Dəniz Agentliyinin kollektivi şəhidlərin xatirəsini yad edib – VİDEO

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş
şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Azərbaycan
Respublikasının Dövlət bayrağı yarıya qədər endirilib.

Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb. Saat 12:00 – da Bakı buxtasındakı gəmilərdən fasiləsiz səs siqnalı verilməklə şəhidlərin xatirəsi yad edilib.

Daha çox xəbərlər