Aclığın peyvəndi olmur, ədalətli davranmasaq… – ÜST
Güclü və zəngin ölkələrin peyvənd izdihamında zəif ölkələrin əzilməsinə imkan verməməliyik.
ARANTV.AZ axar.az-a istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhonom deyib.
O bildirib ki, pandemiyadan sonra dünyanı daha ağır problemlər gözləyir:
“Yoxsulluğun və aclığın peyvəndi yoxdur, bərabərsizliyin və iqlim dəyişikliyinin də. Pandemiyanın həll yolu ədalətli və qlobal olmalıdır”.

